Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı -

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı -


23-04-2020, 16:36. Yazar: sevinc1
Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı -



Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlanıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


aia.az
Geri dön