Ana Sayfa > Dünya > Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulu tətbiq edilir
Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulu tətbiq edilir23-04-2020, 16:09. Yazar: sevinc1 |
Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulunun tətbiqinə başlanılıb. Bu barədə "İnterfaks” məlumat yayıb. N.V.Sklifosovski adına Moskva şəhər Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun tətbiq etdiyi müalicə üsulu helium qazından istifadəyə əsaslanır. Sözügedən üsulla qanın qaz tərkibi normallaşdırılır və turşu-qələvi balansı bərpa olunur. Həkimlərin fikrincə, helium koronavirusla bağlı qanda yaranan oksigen çatışmazlığının qarşısını ala bilər. aia.az Geri dön |