Ana Sayfa > Şou-biznes > Azərbaycanlı müğənni rusiyalı ulduzların yolu ilə getdi -

Azərbaycanlı müğənni rusiyalı ulduzların yolu ilə getdi -


23-04-2020, 14:10. Yazar: sevinc1
Azərbaycanlı müğənni rusiyalı ulduzların yolu ilə getdi -


Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanovun deyəsən, bəxti gətirib.

Müğənninin piar-meneceri Elton Hacıyevin verdiyi məlumata görə, məşhur Ello TV kanalı onun adını öz tərəfdaşları sırasına daxil edib.

Sözügedən onlayn-kanalın Youtube-da fəal istifadəçi hüququnu verdiyi ulduzlar sırasına məşhur rusiyalı sənətçilər Svetlana Loboda, Ani Lorak, Valeri Meladze, Vera Brejneva, Hyuşa, "Serebro" qrupunun adları daxildir. Və musiqili çarxlarının, eləcə də kliplərin baxış saylarına görə onlara müəyyən məbləğdə qonorar da ödənilir.

Xatırladaq ki, Seyran İsmayılxanova məxsus ilk klip - "Sarı gəlin"in premyerası da Ello TV-də baş tutub.

aia.az


Geri dön