Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb23-04-2020, 10:53. Yazar: sevinc1 |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 22-də 16,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 14,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 14,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur. aia.az Geri dön |