Ana Sayfa > Dünya > Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib

Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib


22-04-2020, 17:35. Yazar: sevinc1
Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib



ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp özünün “Twitter” səhifəsində yazıb.

O, tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin ABŞ gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı deyilmişdi.


aia.az
Geri dön