Ana Sayfa > Parlament > Ötən gün 20 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün 20 cinayətin üstü “isti izlər”lə açılıb22-04-2020, 12:37. Yazar: sevinc1 |
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, aprelin 21-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb. aia.az Geri dön |