Ana Sayfa > İqtisadiyyat > Avtobus və taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır

Avtobus və taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır


22-04-2020, 11:48. Yazar: sevinc1
Avtobus və taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır


Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə məsələ İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.

Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

İctimai iaşə sektoru üzrə vergi dərəcəsi 8 faizdən 4 faizə endirilir. Sərnişindaşımada (taksi istisna) hər oturacağa görə vergi məbləği 1,8 AZN-dən 0,9 AZN-ə endirilir. Həmçinin taksi ilə sərnişindaşıma üzrə hər nəqliyyat vasitəsi üçün vergi məbləği 9 AZN-dən 4,5 AZN-ə endirilir.

aia.az
Geri dön