Ana Sayfa > Karusel / Ölkə > Karantini pozan daha 1 822 sürücü cərimələndi

Karantini pozan daha 1 822 sürücü cərimələndi


22-04-2020, 09:33. Yazar: sevinc1
Karantini pozan daha 1 822 sürücü cərimələndi


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən aia.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 822 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

aia.az
Geri dön