Ana Sayfa > Təhsil > Koronavirusa görə keçirilməyən imtahanlar üçün yeni qrafik hazırlanacaq
Koronavirusa görə keçirilməyən imtahanlar üçün yeni qrafik hazırlanacaq21-04-2020, 12:24. Yazar: sevinc1 |
Karantin rejimi ilə əlaqədar imtahan qrafiklərində dəyişiklik edilib. Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün yeni qrafik hazırlanacaq. Bu qrafik 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 4-dən karantin rejimindən tədricən çıxacacağıq: “Biz də buna uyğun olaraq, imtahan qrafiki təqdim edəcəyik. Sual verilir ki, imtahan nə zaman olacaq. Bunu dərk etmək lazımdır ki, əsas məqsədimiz sanitar-gigiyena qaydalarına əməl etmək, insanların sağlamlığını qorumaqdır. İmtahan iştirakçılarını təhlükəyə atmamalıyıq”. aia.az Geri dön |