Ana Sayfa > Karusel / Ölkə > Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb -
Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb -21-04-2020, 12:14. Yazar: sevinc1 |
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib. Düşən yağıntının miqdarı Yardımlıda 3 mm, Göygöldə 2 mm, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 mm olub. Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb. Qərb küləyi Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Xınalıqda 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. aia.az Geri dön |