Ana Sayfa > İqtisadiyyat > Türkiyədən Azərbaycana avtomobil ixracı artıb
Türkiyədən Azərbaycana avtomobil ixracı artıb21-04-2020, 11:20. Yazar: sevinc1 |
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,17 faiz artaraq 21,914 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib. Nazirlik qeyd edib ki, 2020-ci ilin mart ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü 2019-cu ilin mart ayına nisbətən 15,66 faiz azalaraq 4,939 milyon dollar təşkil edib. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 6,98 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb. Türkiyədən avtomobil ixracı yanvar-mart aylarında ölkənin ümumi ixracının 16,3 faizini təşkil edib. Son 12 ayda (mart 2019 - mart 2020) Türkiyə 29,812 milyard dollar məbləğində avtomobil ixrac edib. aia.az Geri dön |