Ana Sayfa > Manşet / Səhiyyə > Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 79 nəfər isə müalicə olunaraq sağalıb

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 79 nəfər isə müalicə olunaraq sağalıb


20-04-2020, 17:55. Yazar: sevinc1
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 79 nəfər isə müalicə olunaraq sağalıb


Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


aia.az
Geri dön