Ana Sayfa > Gündəm > Bakıda avtomobil yollarının yenidən qurulması işləri üçün 11,6 milyon manat ayrıldı -

Bakıda avtomobil yollarının yenidən qurulması işləri üçün 11,6 milyon manat ayrıldı -


20-04-2020, 15:00. Yazar: sevinc1
Bakıda avtomobil yollarının yenidən qurulması işləri üçün 11,6 milyon manat ayrıldı -


Prezident İlham Əliyev Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

aia.az
Geri dön