Ana Sayfa > Karusel / Dünya > ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib
ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib20-04-2020, 09:19. Yazar: sevinc1 |
Amerika Birləşmiş Ştatların hakimiyyəti orqanları süni tənəffüs aparatlarının təmin edilməsi də daxil olmaqla, yeni bir növ koronavirusun yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib. D.Trampın sözlərinə görə, əgər İran koronavirusla mübarizədə yardıma ehtiyac duyarsa, o bunun üçün nəsə etməyə hazır ola bilər: "Əgər onlara kömək lazımdırsa, süni tənəffüs aparatlarına ehtiyac duyarlarsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız var". İran tərəfi ABŞ-dan daha əvvəl edilən yardım təkliflərini rədd etdi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Tehran "heç bir Amerika siyasətçisinin məsləhətlərini qəbul etməyəcək". aia.az Geri dön |