Ana Sayfa > Dünya > Çində sutka əzrində 12 nəfər koronavirusa yoluxub

Çində sutka əzrində 12 nəfər koronavirusa yoluxub


20-04-2020, 08:56. Yazar: sevinc1
Çində sutka əzrində 12 nəfər koronavirusa yoluxub


Son sutka ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb, ölən yoxdur.

Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan 12 nəfər xaricdən gəlib. Xaricdən gələn yoluxanların ümumi sayı 1583 nəfərə çatıb, onlardan 841-i hələ də müalicə alırlar (43 vəziyyəti ağır olaraq qiymətləndirilir), 742 nəfər sağalaraq evə buraxılıb.

Çin daxilində daha dörd yeni koronavirus infeksiyası aşkar edilib: Heylutsyan vilayətində (3 nəfər) və Daxili Monqolustan muxtar rayonunda.

Çində yeni tip koronavirusa yoluxanların ümumi sayı 82 747 nəfərə çatıb, 77 084 nəfər sağalıb, 4 632 ölüb. Daha 1031 nəfər hələ də müalicə alırlar, onlardan 81 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.



aia.az
Geri dön