Ana Sayfa > İdman > Məşhur basketbolçuda koronavirus tapıldı

Məşhur basketbolçuda koronavirus tapıldı


19-04-2020, 19:25. Yazar: sevinc1
Məşhur basketbolçuda koronavirus tapıldı




ABŞ-ın Qadın Milli Basketbol Assosiasiyasının (WNBA) “Çikaqo Skay” klubunun basketbolçusu Stefani Dolson koronavirusa yoluxub.

AİA.Az “TSN”ə istinadən bildirir ki, o, Çikaqoda koronavirusa yoluxan ilk peşəkar qadın idmançıdır. Dolsonun sözlərinə görə, o və onun ailəsi koronavirus testlərinin pozitiv nəticələrini bir ay əvvəl alıblar.

“Bu virus evimizə çox yaxın gəldi. Anam, təxminən, dörd gün xəstəxanada idi. Onda ağır simptomlar, pnevmoniya var idi. Tibb işçiləri komandasının sayəsində o, indi evdə təhlükəsizlikdədir və sağlamdır”, - “TSN” idmançının sözlərini sitat gətirir.

“Çikaqo Skay”ın sahibi Maykl Alter deyib ki, Dolsonun xəstəliyi ciddi simptomlarsız keçir.

AİA.Az
Geri dön