Ana Sayfa > Media / İdman > Məşhur futbolçu yoxa çıxıb

Məşhur futbolçu yoxa çıxıb


19-04-2020, 19:08. Yazar: sevinc1
Məşhur futbolçu yoxa çıxıb




“Anderlext”in yarımmüdafiəçisi Samir Nasri koronavirus pandemiyası dövründə yoxa çıxıb.

AİA.Az xarici KİV-ə istinadən xəbər verir ki, komandası məşqlərini bərpa etsə də, fransalı futbolçu klubun düşərgəsinə qayıtmayıb. Ümumiyyətlə, aprelin 1-dən başlayaraq o, nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub. Samirin çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun İnstaqramdakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.

Xatırladaq ki, Samir Nasri “Anderlext”ə ötən yay “Vest Hem”dən transfer olunub. Bu mövsüm o, 7 oyun keçirib, 1 qol vurub.

AİA.Az
Geri dön