Ana Sayfa > İdman > Benzemadan “Lion” açıqlaması: “Niyə də yox?!”

Benzemadan “Lion” açıqlaması: “Niyə də yox?!”


18-04-2020, 16:03. Yazar: sevinc1
Benzemadan “Lion” açıqlaması: “Niyə də yox?!”




"Real"ın hücumçusu Kərim Benzema karyerası ilə bağlı açıqlama verib.

AİA.Az komanda.az-a mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, keçmiş klubu "Lion"a mümkün qayıdışı ilə bağlı danışıb:

"Hazırkı səviyyəmə "Lion" sayəsində çatmışam. Ora qayıtmağa gəlincə, indi bunun üçün uyğun zaman deyil, çünki dünyanın ən yaxşı klubu olan "Real"la tarix yazmaq istəyirəm. Daha sonra nələrin olacağını görəcəyik. Karyeramı "Lion"da bitirmək? Niyə də yox?!"

"Lion"un yetirməsi olan 32 yaşlı futbolçu 2004-2009-cu illəri əsas komandada keçirib.

AİA.Az
Geri dön