Ana Sayfa > Manşet > DYP maşınının üzərində şəkil çəkdirən şəxsin cəzası bəlli oldu

DYP maşınının üzərində şəkil çəkdirən şəxsin cəzası bəlli oldu


18-04-2020, 14:44. Yazar: sevinc1
DYP maşınının üzərində şəkil çəkdirən şəxsin cəzası bəlli oldu





Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən şəxsə 15 sutka cəza verilib.

AİA.Az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Murad Əhməd


Geri dön