Ana Sayfa > Karusel / Gündəm > Prezident 190 manat alanların sayını 3 dəfə artırdı

Prezident 190 manat alanların sayını 3 dəfə artırdı


17-04-2020, 17:53. Yazar: sevinc1
Prezident 190 manat alanların sayını 3 dəfə artırdı

İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bildirib.

"Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir”, - deyə Prezident bəyan edib.
Geri dön