Ana Sayfa > Manşet / Gündəm > El bir olsa...
El bir olsa...17-04-2020, 12:26. Yazar: sevinc1 |
![]() Bəşəriyyət ölüm yoxsa olum plemması qarşısında özünün bu günədək olan bəlkədə ən çətin imtahanı verməkdədi. Koronavirus adlanan pandemiya texnoloji inkişaf dövründə özünnən əvvəlki bəlaların hec bir ilə müqaisə olunan deyil. Müxtəlif epidemiyalar, təbii fəlakətlər, amansız uzun ömürlü müharibələr belə bütövlükdə planetimizdə yaşayan insanlığı hamılıqla indiki qədər dəhşətlisarsıntı ilə üz-üzə qoyaraq hədələməmişdir. Ümumdünya Səhiyyə Təşkilatı milyonları həyatdan edən bu virusla mübarizədə vaksin tapanadək insanları qapalı həyat şəraitinə kecməyə başqa sözlə "evdə qal" tələbi ilə dünya dövlətlərinə müraciət etməyə məcbur etmişdir. ![]() Bəli, mən özümdə yaşadığım 50 illik ömrümdə ölkəmizdə baş verən ən mürəkkəb, çətin və həlolunmaz görünən ağrılı-acılı hadisələrin şahidi olmuşam. 1988-çi ildə Qərbi Azərbaycanda yaşayan saydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınması zamanı xalqımızın böyükdən-kiciyə yumruq kimi birləşməsi ev-eşiyini itirənlərə öz ürək və ev qapılarını tayba- tay açmaları sayəsində bu sağalmaz yaranı Ümumxalq dərdi kimi bölüşdük. Azərbaycan xalqı tarixin amansız sınağından mətanətlə cıxa bildı. 1990-cı ildə isə üstümüzə-SSRİ adlı imperianin tankları yeridildi. 20 Yanvar faciəsini yaşadıq. Bu dəfə də birliyimiz xilaskarımız oldu. ![]() 1992-ci ildə Dağlıq Qarabağda Azərbaycanlıların vəhşicəsinə qovulmasının şahidi oldum. Hələ Xocalı faciəsi... erməni vandalizminə bütün dünya göz yumsada yenə də xalqımızın dəyanəti, birliyi səbəbindən qəddimiz əyilmədi, sınmadıq. Nəhayət 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ətrafında birləşməsi sayəsində xəritədən silinmək təhlükəsini adlaya bildik. Tarixin ən çətin həlli müşkül görünən zərbələrinə sinə gərmiş xalqımızın indiki koronavirus pandemiyasından da məhz dövlətlə xalqın yekdil birliyi sayəsində alnıaçıq-üzüağ çıxacağına inanıram. Dövlət başçısı möhtərəm İlham Əliyevin müraciətindən sonra Milli Məclisin deputatlarından tutmuş ölkəmizdə və onun hüdudlarından uzaqlarda yaşayan soydaşlarımıza qədər Respublikamızın üzləşdiyi ağlasığmaz problemin həllində insanlara maddi və mənəvi dayaq durdular. Hamı əl-ələ verdi. Maddi çətinlik çəkən işsiz,ahıl, tənha insanlara yardımlar göstərilməsi ürəyimi qurur hissi ilə doldurdu. Həmdə ona görə qürurlandım ki, dar macalda tək qoymayan həmin iş adamları sırasında mənim həmyerlilərimdə öz sözünü əməli-işləri ilə deməkdədilər. Yeri gəlmişgən dövlət başçısının çağırışına ilk səs verənlərdən biri 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Arzu Nağıyev, 103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisin deputatı Sevinc Hüseynova, "Sağlamlığın Qorunması" İctimai Birliyinin Sədri həkim oftalmoloq Yazgül Abdiyeva , iş adamı Oktay Əliyev olmuşdur. Rayon sakinləri xeyirhax insanların "əl tutmaq Əlidən qalıb" müdrük kəlamını əsas tutaraq atdıqları humanist addımları - az təminatlı, çətin maddi durumda olan ailələrə göstərdikləri maddi yardımları yüksək dəyərləndirir, Allah yardımçınız olsun deyirlər. Nüsrət İsaoğlu daglar.tv ![]() ![]() Geri dön |