Ana Sayfa > Ölkə > Karantin qaydalarını pozan daha 2 543 sürücü məsuliyyətə cəlb edildi
Karantin qaydalarını pozan daha 2 543 sürücü məsuliyyətə cəlb edildi17-04-2020, 10:28. Yazar: sevinc1 |
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 543 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən aia.az-a verilən məlumatda bildirilir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25 402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. aia.az Geri dön |