Ana Sayfa > Karusel / Dünya > ABŞ-da son sutka ərzində koronavirusdan 4.5 min insan ölüb
ABŞ-da son sutka ərzində koronavirusdan 4.5 min insan ölüb17-04-2020, 09:11. Yazar: sevinc1 |
ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 33 268-ə yüksəlib. aia.az-ın məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib. Universitetin məlumatına əsasən, hazırda ABŞ-da koroanvirusa yoluxanların sayı 671 mini ötüb. Yalnız son sutka ərzində 4 591 nəfər dünyasını dəyişib. Hər iki göstəriciyə görə ABŞ digər ölkələri qabaqlayır. Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, 130 mindən artıq insan ölüb. aia.az Geri dön |