Ana Sayfa > Qərbi Azərbaycan > Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı

Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı


16-04-2020, 12:26. Yazar: sevinc1
Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı


Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlanıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı açıqlayıb.

Onun sözlərinə görə, bunlar "Yeni klinika", Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikasıdır:

"Yeni klinikada hazırda 100-dən çox xəstə müalicə alır: Onların içərisində ağır xəstələr üstünlük təşkil edir".

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda COVID-19-un hansı genotipinin yayıldığını öyrənmək maraqlıdır:

"Bununla bağlı tədqiqatın nəticələrini bölüşəcəyik".

aia.az
Geri dön