Ana Sayfa > Manşet / Gündəm > Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi
Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi16-04-2020, 11:23. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib: “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun! Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı 1. “AS Qrup İnvestment” şirkəti 2. Azərbaycan İdman Jurnalistləri Federasiyası 3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi 4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi 7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 11. Azərbaycan Respublikasının Milli Məclisi 12. “AzərEnerji” ASC 13. “Azərişıq” ASC 14. “Azərkosmos” ASC 15. “AzərGold” QSC 16. Bakı Şəhər İcra Hakimiyyəti 17. Bakı Nəqliyyat Agentliyi 18. City Hospital 19. Ege Hospital 20. Dövlət Dəniz Agentliyi 21. Heydər Əliyev Fondu 22. Heydər Əliyev Mərkəzi 23. “Kontakt Home” mağazalar şəbəkəsi 24. “Sağlam Ailə” Tibb Mərkəzi 25. “Rahat” supermarketlər şəbəkəsi 26. “Referans Medical Group” 27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi” aia.az Geri dön |