Ana Sayfa > Karusel / Parlament > Azərbaycanda yaşayış evində partlayış:
Azərbaycanda yaşayış evində partlayış:16-04-2020, 09:25. Yazar: sevinc1 |
Masallıda yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. aia.az Geri dön |