Ana Sayfa > Karusel / Gündəm > İbrahim Məmmədov:
İbrahim Məmmədov:15-04-2020, 17:31. Yazar: sevinc1 |
![]() Koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, aprelin 12-dən sağalma yoluxmanı üstələyib: "Bu, pozitiv bir haldır. Aprelin 12-si ilk dəfə pozitiv nəticə qeydə alındı. Aprelin 13-də vəziyyət neqativ olsa da, az fərq oldu. 14-cü gün pozitiv nəticə əldə etdik. Ötən həftə durum sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə pozitiv neqativi əvəzləyir. Bu vaxta qədər belə deyildi, neqativ pozitivi üstələyirdi. Bu isə o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək". aia.az Geri dön |