Ana Sayfa > Gündəm > Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya yaradıldı -
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya yaradıldı -15-04-2020, 15:02. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. aia.az-ın məlumatına görə, sərəncamla ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb: "Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Azərbaycan Respublikasının Maliyyə naziri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi. Komissiyaya tapşırılıb ki, su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etsin, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etsin, verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etsin, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir". aia.az Geri dön |