Ana Sayfa > Gündəm > Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı -
Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı -14-04-2020, 16:12. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb. aia.az Geri dön |