Ana Sayfa > Dünya > İspaniyada 26 mindən çox tibb işçisi koronavirusa yoluxub

İspaniyada 26 mindən çox tibb işçisi koronavirusa yoluxub


14-04-2020, 15:27. Yazar: sevinc1
İspaniyada 26 mindən çox tibb işçisi koronavirusa yoluxub


İspaniyada koronavirus epidemiyası müddətində 26 mindən çox tibb işçisi virusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, virusa yoluxan həkim və digər tibb işçilərinin sayı 26 672 nəfərə çatıb.

28 tibb işçisi bu müddət ərzində həyatını itirib.

Ümumilikdə bu günədək İspaniyada 172 mindən çox şəxs koronavirusa yoluxub, 18 056 nəfər ölüb.

aia.az
Geri dön