Ana Sayfa > Dünya > Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb


14-04-2020, 14:32. Yazar: sevinc1
Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb




2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 13,1 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 077 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 23,9 faiz azdır.

aia.az
Geri dön