Ana Sayfa > İqtisadiyyat > Hasilat öhdəliklərinin icrası neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib
Hasilat öhdəliklərinin icrası neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib14-04-2020, 14:28. Yazar: sevinc1 |
Neft bazarının tənzimlənməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələ ölkədə neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib. Energetika Nazirliyindən aia.az-a verilən məlumata görə, neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub. Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək. Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barrel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23% olmaqla 164 min barrel, iyul-dekabr aylarında 18% olmaqla 131 min barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14% olmaqla 98 min barrel həcmində azaldılmasını nəzərdə tutur. Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır. aia.az Geri dön |