Ana Sayfa > Karusel / Dünya > ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq
ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq14-04-2020, 10:49. Yazar: sevinc1 |
ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq. Trend-in məlumatına görə, bunu komitənin sədri, senator Ron Conson deyib. Senator bildirib ki, epidemiyanın yayılmasında Çin ÜST, o cümlədən də ABŞ-ın reaksiyası araşdırılacaq: "Bu virus harada başladı? Həqiqətən də heyvandan insana keçdi? Bəlkə Çində laboratoriyada digər viruslara qarşı dərman hazırlanarkən sızma baş verib? Biz, həmçinin ÜST-ün bu virus barədə məlumatlar gizlətməkdə rolunu araşdırmalıyıq". Qeyd edək ki, bu günədək dünyada 1,9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 119 719 nəfəri ölüb, 452 333 nəfəri sağalıb. aia.az Geri dön |