Ana Sayfa > Ölkə > Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azaldı -
Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azaldı -13-04-2020, 18:00. Yazar: sevinc1 |
Təəssüflər olsun ki, koronavirus epidemiyası turizm sahəsi üzrə rəqəmlərə də təsir edib. Mart ayında Azərbaycana gələnlərin sayında 64 faizə yaxın azalma müşahidə edilib. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, martda Azərbaycana 93 min nəfər gəlib: “Bu isə 153 min daha az turistin gəlməsi deməkdir. Nəzərə alaq ki, martın müəyyən bir dövründə sərhədlər açıq idi və gediş-gəlişə maneələr yox idi. Aprel ayında biz bu göstəricinin daha da azalaraq sıfıra enəcəyini gözləyirik”. aia.az Geri dön |