Ana Sayfa > Manşet / Siyasət > Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı

Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı


13-04-2020, 14:25. Yazar: sevinc1
Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı


Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Trend-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.

aia.az
Geri dön