Ana Sayfa > Parlament > 10 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı
10 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı13-04-2020, 12:27. Yazar: sevinc1 |
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən aia.az -a verilən məlumata görə, Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |