Ana Sayfa > Qərbi Azərbaycan > Çində ikinci koronavirus vaksininin sınaqları keçiriləcək

Çində ikinci koronavirus vaksininin sınaqları keçiriləcək


13-04-2020, 11:11. Yazar: sevinc1
Çində ikinci koronavirus vaksininin sınaqları keçiriləcək


Çin hökuməti koronavirusa qarşı növbəti vaksinin klinik sınaqlarının keçirilməsinə icazə verib.

Trend-in məlumatına görə, "Wuhan Institute of Biological Products" şirkətinin hazırladığı vaksin, Çində ikinci, dünyada üçüncü sınaqdan keçirilən vaksin olacaq.

Kliniki sınaqlar təsadüfi formada həyata keçiriləcək. Sınaqların məqsədi 6 yaşdan yuxarı şəxslərin immun dayanıqlılığının müəyyən edilməsidir.

Qeyd edək ki, martın 17-də Çində birinci koronavirus vaksinin kliniki sınaqlarına icazə verilmişdi.

Martın 16-da isə ABŞ-ın Vaşinqton ştatında eksperimental vaksinin insanlar üzərində sınaqları başlayıb.


aia.az
Geri dön