Ana Sayfa > Manşet / Ölkə > Deputat Aqiyə Naxçıvanlı seçicilərini bu dar günlərdə naümid qoymadı -

Deputat Aqiyə Naxçıvanlı seçicilərini bu dar günlərdə naümid qoymadı -


13-04-2020, 10:30. Yazar: sevinc1
Deputat Aqiyə Naxçıvanlı seçicilərini bu dar günlərdə naümid qoymadı -




Hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Respublikamızın hər yerində 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan olunmuşdur. Ölkədə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti müvəqqəti dayandırılmış, virusa yoluxmada risk qrupuna aid oluna 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilmişdir. Oğuzlular da bu qərara hörmət və intizamla yanaşaraq verilmiş tövsiyələrə əməl edir, yaxın təmasları azaltmaq məqsədi ilə fərdi evlərindən və mənzillərindən çıxışı qaydalara riayət etməklə həyata keçirirlər. Lakin bu hal evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan ailələrin ehtiyaclarının artmasına səbəb olmuşdur.

Bütün bunları nəzərə alan 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı, xanım Aqiyə Naxçıvanlı seçicilərini bu dar günlərdə naümid qoymamış, imkansız ailələrin müəyyən edilməsi və onlara yardım göstərilməsi məqsədi ilə 10 aprel tarixindən geniş kampaniyaya start vermişdir. Deputatın dəstəyinə əsasən içərisində gündəlik tələbat malları, yuyucu vasitələr, un və digər ərzaq məhsulları olan paketlər hazırlanmış, kəndbəkənd gəzilərək ehtiyacı olan ailələrə paylanılmışdır. Göstərilən diqqət və qayğını səmimiyyətlə qəbul edən əhali rayonun deputatı xanım Aqiyə Naxçıvanlıya minnətdarlığını bildirmiş, onun bu addımını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması və mübarizə tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək kimi qiymətləndirmişlər.

aia.az


















Geri dön