Ana Sayfa > Parlament > Azərbaycanda tragikomik hadisə:
Azərbaycanda tragikomik hadisə:13-04-2020, 10:03. Yazar: sevinc1 |
Gəncə şəhərində maraqlı hadisə baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib. Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar. O iddia edib ki,tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlayıb. Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib. Hazırda faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |