Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Azərbaycanlı qadın rusiyalı aparıcıdan üzr istədi (FOTO, VİDEO)

Azərbaycanlı qadın rusiyalı aparıcıdan üzr istədi (FOTO, VİDEO)


26-02-2016, 09:47. Yazar: admin


Səbinə adlı azərbaycanlı qadın rusiyalı aparıcı Ksenya Borodinadan üzr istəyib.

"Xəbəraz.az " məlumat verir ki, aparıcı azərbaycanlı qadının bu dəfə səs yazısını paylaşıb. Səs yazıda Səbinə Kseniyadan etdiklərinə görə üzr istəyib və şəkillərinin silinməsini xahiş edib.

"Ksenya, mənəm Səbinə. Sizi Bakıdan narahat edirəm. Xahiş edirəm mənim fotolarımı silin. Buna görə mənim ciddi problemlərim yaranıb. Yalvarıram onları silin. Bu cür addım atdığım üçün yüz dəfə üzr istəyirəm. Razıyam, bu mənim günahımdır. Sizdən və ailənizdən üzr istəyirəm".

Qeyd edək ki, rusiyalı aparıcı bir neçə gün əvvəl Səbinə adlı azərbaycanlı qadının onu və ailəsini təhqir etdiyi ilə bağlı Instagram hesabında məlumat paylaşmışdı




Geri dön