Ana Sayfa > İqtisadiyyat > "OPEC+"un iyundan sonra kvotası 7,7 milyon barrelə qədər azaldılacaq

"OPEC+"un iyundan sonra kvotası 7,7 milyon barrelə qədər azaldılacaq


13-04-2020, 09:56. Yazar: sevinc1
"OPEC+"un iyundan sonra kvotası 7,7 milyon barrelə qədər azaldılacaq



"OPEC plus" ölkələrinin kvotası neft hasilatının azaldılması üzrə razılaşma çərçivəsində 2020-ci ilin ikinci yarısı üçün 7,7 milyon barrelə (sutkada) qədər azaldılacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "OPEC plus" nazirlərinin növbədənkənar iclasının yekunları üzrə kommünikedə deyilir.

Kommünikedə qeydə edilir ki, "OPEC plus"un kvotası 2020-ci ilin iyul ayının 1-dən 2020-ci ilin dekbar ayının 31-dək sutkada 7,7 milyon barrelə qədər azalacaq, 2021-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin 30 aprel tarixinədək isə "OPEC plus" ölkələri neft hasilatını sutkada 5,8 milyon barrelə qədər azaltmalı olacaqlar.

Həmçinin bildirilir ki, neft hasilatını azaldılması üzrə razılaşmanın uzadılmasına 2021-ci ilin dekabrında baxılacaq.

Xatırladaq ki, "OPEC plus" ölkələri may-iyun aylarında neft hasilatını 9,7 milyon barrelə qədər azaldacaqlar.\

aia.az
Geri dön