Ana Sayfa > Səhiyyə > Çində sutka ərzində 108 nəfər koronavirusa yoluxub

Çində sutka ərzində 108 nəfər koronavirusa yoluxub


13-04-2020, 09:15. Yazar: sevinc1
Çində sutka ərzində 108 nəfər koronavirusa yoluxub


Çində yeni növ koronavirusa daha 108 nəfər yoluxub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yeni yoluxma hallarından 98-i xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda, 10-u isə yerli sakinlər arasında aşkarlanıb.

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 2 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 160 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 mindən artıq insan sağalıb.


aia.az
Geri dön