Ana Sayfa > Təhsil > Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb

Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb


10-04-2020, 18:00. Yazar: sevinc1
Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb


Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında 21% artım olub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, artım tendensiyası 2019-cu ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib. Ötən il bakalavriat səviyyəsinə qəbul planı 48,5 min nəfərə yüksəlib, 2018-ci illə müqayisədə 6,4% artıb.

Ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində hər bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 30% artırılıb.

Ali təhsilin yüksək səviyyəsi olan doktoranturada elmi-pedaqoji kadr hazırlığı davam etdirilib, 2019-cu ildə fəlsəfə doktoru proqramları üzrə doktoranturaya 356, dissertanturaya 328, elmlər doktoru proqramları üzrə doktoranturaya 61, dissertanturaya 84 nəfər qəbul olunub.

2019-2020-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı isə 90-a yaxın ölkədən 6600-dən çox olub, əvvəlki illə müqayisədə 21% artıb.

aia.az
Geri dön