Ana Sayfa > Ölkə > Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər -

Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər -


10-04-2020, 16:02. Yazar: sevinc1
Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər -



Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat və sərnişindaşıma ilə bağlı yeni fəaliyyət planı hazırlayıb və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev jurnalistlərlə keçirilən onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər:

“Məlum olduğu kimi, Operativ Qərargah yoluxmanın artan xətt üzrə davam edəcəyi halda, vəziyyətə uyğun qərar veriləcəyini açıqlayıb. Karantin rejiminin uzadılması və daha sərt qərarların qəbulu zamanı ekspress avtobusların sayının azaldılması və ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur. Bir daha vurğulamaq istəyirəm ki, bu, vətəndaşlarımızın karantin rejiminə əməl edib-etməməsindən asılıdır. Yekun qərar Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq”.


aia.az
Geri dön