Ana Sayfa > Gündəm > Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb10-04-2020, 14:20. Yazar: sevinc1 |
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb. Trend-in məlumatına görə, Bolnisi və Marneulidə ehtiyacı olan ailələrə 600 bağlama humanitar yardım veriləcək. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu aksiya iki ölkə arasında dostluq naminə həyata keçirilir: “Biz xeyriyyə aksiyasını Azərbaycan prezidentinin təşəbbüsü ilə keçiririk. Aksiya dünən başlayıb. Bu gün biz Marneulidəyik. Bu aksiya, həmçinin Rustavi, Qardabani, Kaxeti, Tbilisi və Şida-Kartlidə də keçiriləcək. Bizim bir məqsədimiz var: koronavirusla bütün gücümüzlə mübarizə aparmaq. Mən əminəm ki, bu, tezliklə başa çatacaq. Gürcüstan hökuməti bunun üçün bütün səyləri göstərəcək”. aia.az Geri dön |