Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bakıda kasıblar üçün pulsuz mağazanı bir günə boşaltdılar (FOTO)

Bakıda kasıblar üçün pulsuz mağazanı bir günə boşaltdılar (FOTO)


26-02-2016, 09:26. Yazar: admin



Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adı ilə açılan mağaza bir günə boşalıb.

Aia.az "BAKU.WS-yə istinadən xəbər verir ki, , mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır. Baxmayaraq ki, sosial şəbəkələrdə insanlar aktivlik edərək pulsuz geyim mağazasına geyim gətirəcəklərinə dair çoxlu söz verirdilər. Buna görə də mağazaya paltar gətirəcək şəxslərdən aktiv olmalarını xahiş edirik.

Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.

Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Geri dön