Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu -

Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu -


10-04-2020, 10:03. Yazar: sevinc1
Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu -


"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altıyaşlı uşaq koronavirusdan müalicə olunur”.

Bu barədəOxu.Az-a ATU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, onlar dabu virusa yoluxur:

"Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər. TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də, uşaqlar koronavirusa yoluxmur demək, doğru deyil. Yaşlı insanları, uşaqları da qorumaq lazımdır”.
Uşaq cərrahıəhaliyə müraciət edərək, pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: "Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.

R.Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılmasısevindirici haldır: "Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.

Baş həkimTədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib:

"Koronavirus gözə görünməyən düşməndir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.

Həkimvirusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.


aia.az
Geri dön