Ana Sayfa > Parlament > Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub
Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub10-04-2020, 09:58. Yazar: sevinc1 |
Ağcəbədi rayonunda yeniyetmə oğlan bıçaqlanıb. Trend-in məlumatına görə, rayonun Üzeyir Hacıbəyli prospektində rayon sakini 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub. S.Rüstəmov küçədə olanların köməyi ilə xəstəxanaya çatdırılıb. Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.İsmayılov saxlanılıb. Faktla bağlı Ağcəbədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |