Ana Sayfa > Karusel / Siyasət > Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır -
Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır -10-04-2020, 08:57. Yazar: sevinc1 |
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"dən asılı deyildir. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır". Rusiya XİN-nin rəsmisi əlavə edib: "Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır". aia.az Geri dön |