Ana Sayfa > Ölkə / İqtisadiyyat > Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb
Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb9-04-2020, 16:46. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə Aia.Az-a Mərkəzi Bankdan məlumat verilib. Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 7-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya təxminən 18,2% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb. Geri dön |